İngiltərə Premyer Liqasına vəsiqə qazanan "Lids Yunayted" baş məşqçi Daniel Farke ilə bağlı gözlənilməz qərar verə bilər.

Matc.az xəbər verir ki, klub rəhbərliyi alman mütəxəssislə yollarını ayırmağı planlaşdırır. Bu barədə "Daily Mail" məlumat yayıb.

"Lids Yunayted" Çempionşipdə mövsümün bitməsinə iki tur qalmış elitaya vəsiqəni təmin edib. Rəhbərlik Farkenin komandanı Premyer Liqada saxlaya biləcəyinə şübhə ilə yanaşır. Mövsüm bitdikdən sonra 48 yaşlı məşqçinin istefaya göndəriləcəyi gözlənilir.

Qeyd edək ki, Daniel Farke 2023-cü ilin yayından "Lids Yunayted"i çalışdırır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest