"Real"In heyətində ciddi itki baş verib.

Matc.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "kral klubu"nun yarımmüdafiəçisi Eduardo Kamavinqa sıradan çıxıb.

Fransalı futbolçu La Liqanın 33-cü turunun "Xetafe" ilə matçında (1:0) zədələnib. Kamavinqanın sol ayaq vətəri qopub. 22 yaşlı oyunçu mövsümün qalan hissəsində komandaya kömək edə bilməyəcək.

Qeyd edək ki, Eduardo Kamavinqa bu mövsüm "Real"In heyətində bütün turnirlərdə keçirdiyi 34 oyunda 2 qol və 2 qol ötürməsi ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest