Bu gün "Neftçi" və "Qarabağ" arasında keçiriləcək oyunla Azərbaycan çempionatında mövsümə yekun vurulacaq. Matc.az saytının əldə etdiyi xəbərə görə, qarşılaşma paytaxt təmsilçisinin baş məşqçisi Roberto Bordin üçün sonuncu olacaq.

Belə ki, aylıq maaşı təxminən 30 min avro olduğu deyilən italiyalı mütəxəssisin işi qənaətbəxş sayılmayıb. Qarşısına çempionluq məqsədi qoyulduğundan "Neftçi" rəhbərliyi böyük ehtimalla Bordinlə əməkdaşlığa qarşılıqlı razılıq əsasında son verəcək.

Yeri gəlmişkən, "Neftçi" rəhbərliyinin "Qarabağ"la keçiriləcək oyunun biletlərinin qiymətini 50 manat etməsi də AFFA və SOCAR-da müsbət qarşılanmayıb. çempionatda qızıl medal vədi verib yerinə yetirə bilməyən klub prezidenti Kamran Quliyevin yaxın günlərdə "Neftçi"dən qovulacağı qaçılmazdı.

Qeyd edək ki, "Neftçi" - "Qarabağ" oyunu bu gün saat 18:00-da start götürəcək. Həmin görüşdə çempionluğu ötən tur rəsmiləşdirmiş "Qarabağ"a qızıl medallar təqdim olunacaq ki, bu da "Neftçi" başbilənlərinin ürəyinə olmayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest