"Neftçi" azarkeşləri mərd kişidi. Bizim meydanımızda kubok qaldırmaq istəyən oğlanlar, bir az ehtiyatlı olun".

Mövsümün böyük hissəsində turnir cədvəlinə liderlik etməsinə baxmayaraq, yekunda çempionluğu qazana bilməyən "Neftçi" azarkeşlərini hiddətləndirib. Matc.az saytının məlumatına görə, komandanın ikinci yeri tutması "ağ-qaralar"ın fanatları tərəfindən uğursuz nəticə kimi qiymətləndirilir.

Xüsusilə, "Forza Neftçi" Azad Azarkeş Qrupu  heç cür "gümüş"lə barışmaq istəmir. Rəhbərlikdən bunun hesabatını istəyən qrup üzvləri, üstəlik əsas rəqibləri "Qarabağ"ın onların meydanında çempionluq kubokunu qaldırmasını həzm edə bilmirlər.

Qrupun rəhbəri Sübhan Əliyev feysbukdakı paylaşımında Ağdam klubunu və fanatlarını hədələyib: "Neftçi" azarkeşləri mərd kişidi. Bizim meydanımızda kubok qaldırmaq istəyən oğlanlar, bir az ehtiyatlı olun".

Əliyev, həmçinin son oyunun keçirilmə yerini dəyişə bilməyən rəhbərliyi hədəfə alıb: "Oyunun stadionunun yerini dəyişə bilməyən rəhbərlik də getməlidi. Bir dəyişikliyi bacarmayan rəhbərliyə "Neftçi" azarkeşi kürəyini söykəyə bilməz".

Digər azarkeşlər də Sübhan bəyin fikrini dəstəkləyiblər. Əksəriyyəti isə uğursuzluğa görə futbolçulardan sonra rəhbərliyi, konkret olaraq, prezident Kamran Quliyev və idman direktoru Ceyhun Sultanovu günahlandırıb.

Rüfət Əskərli adlı azarkeş əvvəlcədən bu rəhbərliklə uğur qazanmağın mümkün olmadığını bildiyini deyib. Rasim Malikov isə çempionluğun əldən verilməsindən daha çox stadionun dəyişdirilməməsinə üzüldüyünü qeyd edib: "çempionluğun əldən çıxması yox, oyunun "Dalğa Arena"ya salınmamağı əsəbi pozdu. Bir matçın yerini dəyişməyə …. çatmayan rəhbərlik mütləq getməlidi".

Qeyd edək ki, "Neftçi" azarkeşləri əzəli rəqiblərinin onların meydanında kubok qaldırmamağı üçün son matçın başqa stadionda keçirilməsini tələb etmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest