11 Noyabr 2024, 16:18
FUTBOL
Azərbaycan millisinin futbolçusu Rahil Məmmədov Polşa çempionatında həftənin rəmzi komandasına düşüb. Matc.az xəbər verir ki, bu barədə Ekstraklasanın rəsmi feysbuk səhifəsi məlumat yayıb.
28 yaşlı müdafiəçi XV turun simvolik “11-liy”inə seçilib. Məmmədovun formasını geyindiyi “Radomyak” səfərdə “Poqon”a 1:0 hesabı ilə qalib gəlib. Rahil həmin qarşılaşmanı əvəzedilmədən keçirib.
Qeyd edək ki, “Radomyak” 15 turdan sonra 16 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.