05 Noyabr 2024, 12:22
AVROPA LİQASI
İspaniyada baş verən daşqınlar nəticəsində həyatını itirən insanların ruhunun anılmasına görə sükut elan ediləcək.
Bu həftə avrokuboklarda keçiriləcək oyunlar bir dəqiqəlik sükutla başlayacaq. Matc.az xəbər verir ki, bu barədə UEFA məlumat yayıb.
Bildirilib ki, İspaniyada baş verən daşqınlar nəticəsində həyatını itirən insanların ruhunun anılmasına görə sükut elan ediləcək.
Bir dəqiqəlik sükut avrokuboklardakı təmsilçimiz “Qarabağ”ın oyununda da reallaşacaq.
Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının Liqa mərhələsinin 4-cü turu çərçivəsində noyabrın 7-də Norveçin “Bodo Qlimt” klubunun qonağı olacaq.