“Araz-Naxçıvan” klubunun müdafiəçisi Bəxtiyar Həsənalızadənin matc.az saytına müsahibəsi

- Söhbətə “Zirə” ilə çempionat oyunundan başlayaq. Sizcə, bu görüşdə 1 xal qazandınız, yoxsa 2 xal itirdiniz?

- Oyun ağır keçdi. Hər iki komanda meydanda sonadək mübarizə apardı. Məncə, heç-heçə ədalətli nəticə oldu.

- Bu gün ölkə kubokunun II təsnifat mərhələsi çərçivəsində “Şahdağ Qusar”la qarşılaşacaqsınız. Bu görüşdə rahat qələbə qazana biləcəksiniz, yoxsa rəqib sizə problem yarada bilər?

- Rəqib II Liqanın lideridi. “Şahdağ Qusar”ın heyətində vaxtilə Premyer Liqada oynamış futbolçular yer alır. Hər rəqibə hörmətlə yanaşmalıyıq. Bu matça da ciddi hazırlaşmışıq. Təbii ki, məqsədimiz meydandan qələbə ilə ayrılmaqdı.

- Kubok matçından sonra çempionatda “Neftçi” ilə üz-üzə gələcəksiniz. Samir Abasovun gəlişindən sonra paytaxt klubunda canlanma hiss olunur? Bu görüşdə şansları necə dəyərləndirirsiniz?

- İstər əvvəl, istər indi olsun, “Neftçi” həmişə təhlükəli komandadı. Bizi ağır oyun gözləyir, bunun fərqindəyik. Zatən, asan keçən matç olmur. Bizim üzərimizə düşən meydanda sonadək mübarizə aparmaqdı. İnşallah, bu görüşdən də yaxşı nəticə ilə ayrılarıq.

- Hazırda Misli Premyer Liqasında 3-cü yerdə qərarlaşmısınız. Sizcə, liderlər qrupunda mövsümün sonunadək qala biləcəksiniz?

- Mövsümün böyük hissəsi hələ qabaqdadı. Ayrı-ayrılıqda hər oyuna ciddi hazırlaşmalıyıq. Turnir cədvəli sonranın məsələsidi. Qələbələr gəldikcə turnir cədvəlindəki mövqeyimiz də yaxşı olacaq.

- “Araz-Naxçıvan”ın aparıcı oyunçularından birisiniz. Öz çıxışınızdan tam razısınız?

- Xeyr, tam razı deyiləm. Daha artığını edə bilərəm. Bunun üçün çalışmalıyam.

- Sizcə, millinin noyabrdakı oyunlarına dəvət alacaqsınız?

- Milli haqqında nəsə demək istəmirəm. İşimə köklənməliyəm. Qalanı aiddiyatı olan insanların öhdəsindədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest