"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının əsas mərhələsinin açılış mərhələsi çərçivəsində sabah Londonda "Tottenhem"ə qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.

Matc.az xəbər verir ki, təcrübəli mütəxəssis mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

- Rəqib haqqında çox danışmağa ehtiyac yoxdur, çünki dünyanın ən güclü çempionatında iştirak edən komandaya qarşı oynayacayıq. Oyuna hazırıq. Sabah çalışacağıq ki, düzgün və səliqəli oynayaq. Belə bir stadionda və azarkeş qarşısında oynamaq bizim üçün böyük bir təcrübədir.

- "Qarabağ" 2015-ci ildə burada "Tottenhem"ə 3:1 hesabı ilə uduzmuşdu. Həmin oyunu necə xatırlayırsız?

- Həmin oyun tam yadımdadır. O vaxt da yaxşı kollektivləri var idi. Bu günki komadanın daha sürətli və dinamik oyunu var. Yeni baş məşqçi gəldikdən sonra bəlkə də Premyer Liqanın ən sürətli komandalarından biridir. Fərqli bir komandadır.

- "Dinamo" (Zaqreb) "Bavariya"ya 9:2 məğlub olduqdan sonra, yaxşı ki, "Qarabağ" Çempionlar Liqasına getmədi fikirləri səsləndi. Sizin buna münasibətiniz necədir?

- Bu barədə düşünmək artıq gecdir. Bu gün Avropa Liqası Çempionlar Liqasından çox da fərqlənmir. Ümimiyyətlə bu barədə düşünmürəm və düşünmək də istəmirəm. Belə fikirlərlə biz işimizi qurmalı deyilik. Əksinə istənilən turnirdə həmişə istəmişik ən yuxarılarda olaq və layiqli mübarizə aparaq. Böyükhesablı oyunlara dünya futbolunda tez-tez rast gəlirik. Bu gün futbol fərqli yöndə gedir, fərqli inkişaf edir. Belə böyük komandaların bu hesabla qalib gəlmə ehtimalı çoxdur. Buna görə, biz də hər oyuna tam ciddi  və diqqətli hazırlaşırıq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest