Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov Paris-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.

Matc.az xəbər verir ki, 77 kq çəki dərəcəsində yarışan idmançımız 1/8 final mərhələsində Bolqarıstanı təmsil edən Ayk Mnatsakanyanla üz-üzə gəlib.

Süleymanov bu görüşdə 2:0 hesablı qələbə qazanaraq, növbəti mərhələyə adlayıb.

1/4 finalda Macarıstan təmsilçisi Zoltan Levayla üz-üzə gələn Süleymanov sonuncu xal prinsipi (1:1) ilə qalib gəlib və yarımfinala yüksəlib.

Güləşçimiz yarımfinalda qazaxıstanlı Demeu Jadrayevlə üz-üzə gəlib. Rəqibinə 1:6 hesabı ilə məğlub olan Süleymanov sabah bürünc medal uğrunda güləşəcək.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də sona çatacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest