Azərbaycan isə 25-ci pillədəki mövqeyində qalıb. Ölkəmizin xalı 16,750-di.

Yeni avrokubok mövsümündə ilk oyunlardan sonra UEFA reytinqi açıqlanıb. Matc.az xəbər verir ki, Çempionlar Liqasının I təsnifat mərhələsində keçirilən 6 oyun bəzi dəyişikliklərə yol açıb.

Belə ki, Rumıniya və Cəbəllütariq reytinqdə bir pillə irəliləyib. Rumıniya 28, Cəbəllütariq isə 53-cü yerə yüksəlib. Əvəzində İsveçlə Belarus bir addım geriləyib.

Azərbaycan isə 25-ci pillədəki mövqeyində qalıb. Ölkəmizin xalı 16,750-di.

Qeyd edək ki, siyahıya 89,160 xalla İngiltərə başçılıq edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest