“Napoli” 31 yaşlı hücumçu Romelu Lukaku üçün “Çelsi”yə təklif göndərib.
Matc.az xəbər verir ki, bu barədə “La Repubblica” məlumat yayıb.
Bildirlir ki, İtaliya klubu futbolçu üçün 15 milyon avro və 3 milyon avro məbləğində bonus təklif edib. Lakin londonlular bu transferin dəyərinin 38 milyon avro olduğunu düşünür.
Belçikalı futbolçunun transferində əsas maraqlı olan tərəfin “İnter”də birlikdə çalışdığı “Napoli”nin baş məşqçisi Antoni Kontenin olduğu vurğulanır.
Xatırladaq ki, ötən mövsüm 31 yaşlı hücumçu “Roma”da icarə əsasında çıxış edib. O, bütün yarışlarda 47 matçda iştirak edib, 21 qol vurub və 4 məhsuldar ötürmə edib. Futbolçunun London klubu ilə hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 30 milyon avrodur.