"Gələcəyimlə bağlı hələ heç nə deyə bilmərəm. Danışıqlar təkcə Rusiya komandaları ilə aparılmır. Ona görə də bu haqda danışmaq düzgün olmaz. Məni RPL-də görəcəyik? Hər şey ola bilər"
“Qarabağ”ın sabiq qapıçısı Andrey Lunev gələcəyi haqda danışıb.
Matc.az xəbər verir ki, Rusiya millisinin qapıçısı hansı kluba keçəcəyinin hələ dəqiqləşmədiyini bildirib.
“Gələcəyimlə bağlı hələ heç nə deyə bilmərəm. Danışıqlar təkcə Rusiya komandaları ilə aparılmır. Ona görə də bu haqda danışmaq düzgün olmaz. Məni RPL-də görəcəyik? Hər şey ola bilər.
Gələcəkdən yaxşı bir şey istərdim (gülür). Rusiyada və ya xaricdə oynamağa gəlincə, görəcəyik. Diqqət edəcəyim nüanslar var. Əgər məni “Zenit”ə çağırırlarsa, o zaman bu haqda düşünmək lazımdır. Danışacağıq”.
Qeyd edək ki, ötən mövsüm 32 yaşlı Andrey Lunev “Qarabağ”ın heyətində 34 oyuna çıxıb, 10 qarşılaşmada qapısını toxunulmaz saxlayıb.