07 İyun 2024, 17:40
FUTBOL
Məşhur futbolçu Lionel Messi maraqlı açıqlama verib. Matc.az xəbər verir ki, “Barselona”nın sabiq üzvü Kataloniya klubunun əzəli rəqibi olan “Real”ı dünyanın ən yaxşı komandası hesab etdiyini bildirib.
Hazırda "İnter Mayami"də çıxış edən Messi fikrini belə izah edib: “Ən yaxşı komanda "Real"dı. Onlar bu mövsüm La Liqa ilə yanaşı, Çempionlar Liqasının da qalibi oldular. "Real" ötən mövsüm ÇL-i qazanmasa da, “Mançester Siti” kimi gücü idi. Oyun baxımından isə “Mançester Siti”ni bəyənirəm. Pep Qvardiolanın çalışdırdığı komandalar həmişə oyun tərzinə görə seçilirlər. Göstərdiyi futbolun səviyyəsinə görə ən yaxşı komanda “Mançester Siti”, qazandığı nəticəyə görə isə “Real”dı”.