“Səbail” klubu daha bir futbolçusu ilə yolları ayırıb. Matc.az xəbər verir ki, Bakı təmsilçisi Vüqar Həsənovla vidalaşıb.

Həsənovun “dənizçilər”lə müqaviləsinin müddəti başa çatıb və onunla yeni sözləşmə imzalanmayıb.

“Səbail” futbolçuya xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Vüqar 2022-ci ilin yayından bakılıların formasını geyinirdi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest