07 İyun 2024, 16:16
FUTBOL
Premyer Liqaya qayıdan “Şamaxı” heyətlə bağlı islahatlarını davam etdirir. Matc.az xəbər verir ki, bölgə klubu daha bir futbolçusu ilə vidalaşıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bəhruz Teymurov da komandadan göndərilənlərin sırasına qoşulub. Onun başa çatan müqaviləsi yenilənməyib.
Qeyd edək ki, "Şamaxı" bunadək Samir Məhərrəmli, Fuad Bayramov, İbrahim Aslanlı, Əli Mürsəlov, Əbil Əbilov, Süleyman Damadayev, Elçin Qasımov, Roman Hüseynov və Əkpər Vəliyevlə yolları ayırıb.