07 İyun 2024, 15:33
FUTBOL
Komandamızın rəqibləri İsveçrə, Estoniya və Kipr yığmaları olacaq.
19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan yığmasının Avropa çempionatının 2024/2025-ci illər mövsümünün I mərhələsindəki rəqibləri müəyyənləşib. Matc.az xəbər verir ki, B Liqasında yer alan millimiz 5-ci qrupda mübarizə aparacaq.
Komandamızın rəqibləri İsveçrə, Estoniya və Kipr yığmaları olacaq.
Qeyd edək ki, iyuldan dekabrın əvvəlinədək keçiriləcək matçlardan sonra qrup qalibləri və ən yaxşı ikinci yerin sahibləri A Liqasına vəsiqə qazanacaqlar.