Amerikanın “Los Anceles Qalaksi” klubu “Barselona”nın hücumçusu Robert Levandovskinin transferi üçün çalışmalara başlayıb.
Matc.az xəbər verir ki, bu barədə “AS” nəşri məlumat yayıb.
Bildirilir ki, uzun müddət Dortmund “Borussiya”sının yarımmüdafiəçisi olan Marko Roys bu yay "Los Angeles Qalaksi"yə keçəcək. Amerika klubu hesab edir ki, Roysun komandada olması polşalı hücumçunun da oraya gəlmək şansını artıracaq, çünki onlar “Borussiya”da birgə oynayandan bəri yaxşı dostdurlar.
Xatırladaq ki, Levandovskinin “Barselona” ilə hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.
Polşalı futbolçu ötən mövsüm bütün yarışlarda 49 matçda iştirak edib, 26 qol vurub və 9 məhsuldar ötürmə edib. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 15 milyon avrodur.