“Barselona” xərcləmə məhdudiyyətlərindən qaçmaq üçün investorlardan 100 milyon avro vəsait əldə etmək niyyətindədir.

Matc.az xəbər verir ki, bu barədə “Rac1” məlumat yayıb.

Bildirilir ki, Kataloniya klubu yeni maliyə imkanı yaratmaq üçün son mövsümlərdə əməkdaşlıq etdiyi tərəfdaşlarları ilə danışıqlar aparır. Bununla belə, klub yeni investorlar cəlb etmək niyyətində deyil.

Hazırda ən çox ehtimal olunan ssenarri belədir ki, kataloniyalılar transfer pəncərəsinə 1:1 qaydasını tətbiq etmədən başlayacaq, çünki klub 100 milyon avro əlavə gəlir əldə etməlidir. Bu isə o deməkdir ki, hazırda “Barsa”nın kifayət qədər gəliri yoxdur ki, La Liqa onlara futbolçuların satışından və gəlirindən əldə edilən bütün vəsaiti xərcləməsinə icazə versin.

“Barselona”nın əsas prioriteti “Nike” ilə razılığa gəlməkdir. Danışıqlar uzun müddətdir davam etdiyi üçün müqavilənin nə vaxt bağlanacağı ilə bağlı dəqiq məlumat yoxdur, lakin tərəflər sövdələşməni yekunlaşdırmağa yaxındırlar.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest