06 İyun 2024, 18:19
FUTBOL
İngiltərə Premyer Liqasının 6 klubu iyunun sonuna kimi oyunçu satmalıdır.
Matc.az “Sky Sports”a istinadən xəbər verir ki, “Çelsi”, “Aston Villa”, “Nyukasl”, “Everton”, “Nottingem Forest” və “Lester” Premyer Liqanın hesabat dövrünün yekununda maliyyə qaydalarını pozmaq riski daşıyır.
Qanun pozuntularının və mümkün sanksiyaların qarşısını almaq üçün klublar iyunun 30-dək bir və ya iki futbolçunu satmalıdır.
Premyer Liqanın maliyyə qaydalarına görə, üç il ərzində klubların itkiləri 105 milyon funtsterlinqdən çox ola bilməz. Həmin vaxtın bir hissəsini yuxarı diviziondan kənarda keçirsələr, icazə verilən itki limiti daha da aşağı ola bilər.