Fransa məhkəməsi Dieqo Maradonanın 1986-cı ildə qazandığı “Qızıl top”un satışını qadağan edib. Matc.az xəbər verir ki, kubokun nədən hazırlandığı ilə bağlı mübahisə həll olunana qədər onun müsadirə edilməsi əmr olunub.

“Aguttes” auksion evi bu gün kuboku hərraca çıxarmalı idi. Lakin bunu dayandırdığını elan edib. Apellyasiya Məhkəməsi təxminən 30 il yoxa çıxdıqdan sonra 2016-cı ildə tapılan “Qızıl top”un 1989-cu ildə Neapolda bank seyfindən oğurlandığını iddia edən Maradonanın varislərinin iddiasını təmin edib.

1986-cı ildə Dieqo Maradona Argentina millisinin dünya çempionu olmasında mühüm rol oynayıb. O, turnirin ən yaxşı oyunçusu seçilib. Əfsanəvi argentinalı 2020-ci ilin payızında 60 yaşında vəfat edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest