"Bayer"in baş məşqçisi Xabi Alonso açıqlama verib. Matc.az xəbər verir ki, gənc mütəxəssis UEFA Avropa Liqasının finalında "Atalanta"ya məğlubiyyəti (0:3) yada salıb.

43 çalışdırıcı həmin məğlubiyyətin onun üçün faydalı olacağını bildirib: “Məğlubiyyətlə mübarizə işimizin bir hissəsidi. “Atalanta”ya məğlubiyyət “Bayer” üçün ilk deyil, sonuncu da olmayacaq. Amma “Atalanta”ya uduzmağım məni daha güclü məşqçi edəcək. Buna əminəm. Çox ağır məğlubiyyətə uğradıq. Belə oyunlar heç vaxt unudulmur. Ancaq bir daha deyirəm ki, “Atalanta”ya yenilgi inkişafım üçün daha faydalı olacaq”.

Qeyd edək ki, Xabi Alonsonun rəhbərliyi altında “Bayer” başa çatan mövsümdə Bundesliqanı və Almaniya Kubokunu qazanıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest