“Barselona”nın müdafiəçisi Serxi Roberto bu yay klubu tərk edə bilər.

Matc.az xəbər verir ki, bu barədə məlumatı “Relevo” nəşri yayıb.

Bildirilir ki, klub ona növbəti mövsüm üçün heyətdə yer almağa zəmanət verə bilmir. Komandanın prioritetləri müdafiəçilər İniqo Martinez və Aleks Balde, yarımmüdafiəçi Qavi və hücumçu Vitor Rokedir. Həmçinin hesab edilir ki, Kataloniya klubunda qalıb-qalmama qərarını Roberto özü verməlidir.

Xatırladaq ki, daha əvvəl mətbuatda futbolçunun Xavinin komandada işini davam etdirəcəyi təqdirdə klubda qalacağı ilə bağlı məlumatlar yayılmışdı, çünki ispaniyalı mütəxəssis yarımmüdafiəçinin oyun keyfiyyətlərini çox yüksək qiymətləndirirdi.

Qeyd edək ki, cari mövsüm Roberto bütün turnirlərdə 24 matçda iştirak edib, üç qol vurub və üç məhsuldar ötürmə edib. “Transfermarkt” portalında futbolçunun transfer dəyəri 3 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest