“Arsenal”ın sabiq hücumçusu, hazırda “Marsel”də çıxış edən Pyer-Emerik Obameyanq 2022-ci ilin qışında “Barselona”ya getməzdən əvvəl psixoloji problemlərlə üzləşdiyini deyib.

Matc.az xəbər verir ki, bu barədə “RMC Sport” məlumat yayıb.

“Əminəm ki, depressiyaya düşmüşdüm, çünki adətən etmədiyim hərəkətləri edirdim. Məsələn, çox içməyə başlamışdım. Bu, “Arsenal”dan ayrılmadan əvvəl başlayan çətin dövr idi. Bəli, depressiya idi. Düşünürəm ki, bu, valideynlərimə təsir edən problemlərlə bağlı idi.

Tez-tez eşidirik ki, bu barədə danışmaq lazımdır. Psixoloqa müraciət etməsəm də, burda utanc verici bir şey yoxdur, amma həqiqətən kömək edə biləcəyini bilirəm”.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest