“Qrupumuza ən reytinqli komandalar arasından Xorvatiya düşdü”. Matc.az xəbər verir ki, bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Vitali Borisov deyib.

“Qrupumuza ən reytinqli komandalar arasından Xorvatiya düşdü”. Matc.az xəbər verir ki, bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Vitali Borisov deyib.

O, AVRO-2026-nın əsas mərhələsinin püşkatmasını dəyərləndirib. Borisov qrupdakı rəqibləri barədə bunları deyib:

“Xorvatiya ilə ilk dəfə qarşılaşmayacağıq. İndiyə qədər bir neçə oyunda üz-üzə gəlmişik. Görüşlərimiz çox çətin olub. Sonuncu dəfə 4 il əvvəl Xorvatiyada qarşılaşmışıq və yenilmişik. Yunanıstanla da qarşılaşmışıq. Normal rəqibdi. İsveçə gəldikdə, onların futzalı son illərdə inkişafdadı, çempionatları güclənib. Bu baxımdan matçlarımız gərgin keçəcək”.

Çalışdırıcı hər şeyin özlərindən asılı olduğunu söyləyib: “Nə qədər yaxşı hazırlaşsaq, oyunlara güclü heyətlə yollansaq, nəticə də bizim üçün yaxşı olacaq. İspaniya, Portuqaliya, Qazaxıstan kimi komandalarla indiki məqamda qarşılaşmağı heç istəmirdim. Bu baxımdan bəxtimiz gətirdi. Ümumiyyətlə, bu gün istənilən komanda digərinə müqavimət göstərməyi bacarır. Çünki təkcə Avropada yox, dünyada futzala maraq artıb, komandaların nəticələri inkişafın göstəricisidi. Finlandiya kimi komanda bu gün dünya çempionatına vəsiqə qazanırsa, deməli, real mənzərə ortadadı. Bir daha qeyd edirəm ki, komandalar nə qədər güclü olsalar da, bizim oyunlara hazırlığımızdan, futzalçıların yanaşmasından çox şey asılıdı”.

Qeyd edək ki, millimiz 5-ci qrupda qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest