“Borussiya”da icarə əsasında çıxışı edən “Çelsi”nin müdafiəçisi Yan Matsen və “Mançester Yunayted”in vingeri Ceydon Sanço karyeralarını daimi olaraq Dortmund klubunda davam etdirə bilərlər.
Matc.az xəbər verir ki, bu barədə jurnalist Ben Ceykobs “X” sosial şəbəkəsində paylaşıb.
Bildirilir ki, almanların əsas hədəfi Niderland millisinin gənc futbolçu ilə müqavilə imzalamaqdır. Matsenin özü də Londona qayıtmaq istəmir. Sanço transferi ikinci plandadır, lakin onu komandada saxlamağa çalışacaqlar.
Həmçinin bildirilir ki, “Çelsi” Matsen üçün 40 milyon avro istəyir, lakin “Borussiya”nın ilk təklifi 30 milyon avro civarında olacaq.
Qeyd edək ki, 22 yaşlı Matsen 2024-cü ilin yanvarından icarə əsasında çıxış etdiyi Dortmund təmsilçisində cari mövsüm bütün turnirlərdə 22 oyun keçirib, iki qol vurub və üç məhsuldar ötürmə edib. “Transfermarkt” internet portalına görə futbolçunun təxmini dəyəri 40 milyon avrodur.
Ceydon Sanço isə bütün turnirlərdə 23 oyun keçirib, üç qol vurub və üç məhsuldar ötürmə verib. “Transfermarkt” internet portalına görə futbolçunun təxmini dəyəri 30 milyon avrodur.