30 May 2024, 00:26
FUTBOL
PSJ-nin hücumçusu Killian Mbappe yeni klubuna keçidi ilə bağlı açıqlama verib.
“Növbəti klubum bir neçə gün ərzində rəsmi olaraq bilinəcək. Mən bunu səbirsizliklə gözləyirəm, xoşbəxtəm. Sadəcə bir neçə gün gözləmək lazımdır”.
Matc.az xəbər verir ki, bu sözləri açıqlamasında Mbappe deyib.
Xatırladaq ki, forvard daha əvvəl iyunun sonunda müqaviləsi başa çatdıqdan sonra Paris klubundan ayrılacağını açıqlamışdı.
Qeyd edək ki, Mbappenin "Real"la 5 illik müqavilə imzalayacağı bildirilirdi. Hücumçu Madrid klubunda ildə 15 milyon avro qazanacaq.