29 May 2024, 17:30
FUTBOL
Azərbaycan Premyer Liqasında 2023/24 mövsümü bitən kimi transfer çalışmalarına başlayan “Araz-Naxçıvan” heyətinə daha bir futbolçu qatıb. Matc.az xəbər verir ki, Naxçıvan təmsilçisi 1 gündə 3-cü transferini açıqlayıb.
“Qəbələ”dən Urfan Abbasov və Ülvi İsgəndərovu sıralarına cəlb edən “Araz-Naxçıvan” bu dəfə “Neftçi”nin oyunçusunu rənglərinə bağlayıb. Söhbət Ömər Buludovdan gedir. 26 yaşlı müdafiəçi bundan sonra “Araz-Naxçıvan”ın uğurları üçün çalışacaq. Onunla 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, "Neftçi”nin yetirməsi olan Ömər Buludov 2017-ci ildən “ağ-qaralar”ın əsas komandasında oynayıb.