29 May 2024, 15:51
FUTBOL
“Sumqayıt”ın Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümündə keçirdiyi ev oyunlarını nə qədər azarkeşin izlədiyi bəlli olub. Matc.az xəbər verir ki, “kimyaçılar”ın doğma meydanda keçirdikləri qarşılaşmalara ümumilikdə 51516 azarkeş stadiondan baxıb.
“Gənclik şəhəri” təmsilçisi ev matçlarından 9-nu “Kapital Bank Arena”da, 9-nu isə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirib.
Orta hesabla hər oyunu 2862 azarkeş izləyib. Ən yüksək göstərici 32-ci turda “Qarabağ”Ia və 36-cı turda “Qəbələ” ilə keçirilən matçlarda qeydə alınıb - 9300 tamaşaçı. Bu, mövsümün rekordu deməkdi. “Sumqayıt”ın ev oyunlarında ən aşağı göstərici isə “Kəpəz”lə matça (800 tamaşaçı) təsadüf edib.