“Neftçi”nin daha bir futbolçusu milliyə çağırılıb. Matc.az xəbər verir ki, söhbət Ataa Caberdən gedir.

29 yaşlı futbolçu şərəfini qoruduğu Fələstin yığmasına dəvət alıb. Təcrübəli yarımmüdafiəçinin adı DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Livan və Avstraliya ilə keçiriləcək matçlar üçün açıqlanan heyətə daxil edilib.

Qeyd edək ki, Livanla görüş iyunun 6-da, Avstraliya ilə qarşılaşma isə 11-də baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest