"Araz-Naxçıvan" klubu baş məşqçisi Elmar Baxşıyevlə bağlı qərar verib. Matc.az xəbər verir ki, Naxçıvan təmsilçisi Baxşıyevlə əməkdaşlığa davam etməyi məqsədəuyğun sayıb.

44 yaşlı çalışdırıcının müqaviləsinin müddəti uzadılıb. Yeni anlaşma 1 il müddətinə nəzərdə tutulub. Bu isə o deməkdi ki, Elmar Baxşıyev 2024/2025 mövsümünün sonunadək “qırmızı-ağlar”ın baş məşqçisi olacaq.

Qeyd edək ki, “Qəbələ”ni də çalışdırmış Baxşıyev başa çatan 2023/2024 mövsümünün son 7 turunda "Araz-Naxçıvan"ın “sükanı arxasında” olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest