“Barselona” vingeri Rafinyanı İngiltərə Premyer Liqasının klublarına satmaqdan imtina edib. Matc.az xəbər verir ki, İspaniya nəhəngi braziliyalı futbolçu üçün yeni təklif alıb.

Belə ki, adı açıqlanmaya bir İngiltərə komandası 27 yaşlı ön xətt oyunçusu üçün 60 milyon avro təklif edib. Lakin kataloniyalıların buna cavabı “yox” olub. “Barsa” rəhbərliyi “sambaçı”nı 80 milyondan aşağı qiymətə satmaq fikrində deyil.

Qeyd edək ki, Rafinya cari mövsüm La Liqada keçirdiyi 23 oyunda 5 qol vurub, 7 məhsuldar ötürmə verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest