"Qarabağ"la matçda bu dönəmdə 3 xal qazanmaq vacib idi. "Qarabağ"a avrokuboklarda uğurlar arzulayıram”.

"Matç, atmosfer, azarkeşlər möhtəşəm idi. Fanatlara təşəkkür edirəm. Çağırış edirəm ki, bütün oyunlarda belə atmosfer yaratsınlar”.

Matc.az xəbər verir ki, bunu Azərbaycan Premyer Liqasının XXXII turunda qələbə qazanan “Sumqayıt”ın baş məşqçisi Mübariz Orucov deyib.

Baş məşqçi əvəzi “Qarabağ” üzərində qazanılan 1:0 hesablı qələbəni şərh edib: “Futbolçular da bu gün möhtəşəm oynadı. "Qarabağ"la matçda bu dönəmdə 3 xal qazanmaq vacib idi. "Qarabağ"a avrokuboklarda uğurlar arzulayıram. Həmişə Azərbaycanı layiqincə təmsil ediblər. Bundan sonra da onlara uğurlar arzulayıram"

Mübariz Orucov İspaniyada səfərdə olan baş məşqçi Samir Abasovla əlaqə saxladıqlarını bildirib: “Gündə bir neçə dəfə Samir Abasovla əlaqə saxlayırdıq. O, bizə tapşırıqlarını verirdi. Düzdür, komandanı oyuna mən çıxarmışdım, amma bu Samir Abasovun komandasıdır, onun əziyyətidir. Həftəboyu danışmışıq, məsləhətləşmişik. İspaniyada olsa da, sanki bütün günü bizimlə idi”.

Mütəxəssis “Qarabağ”ı Avropanın güclü komandalarında biri olduğunu qeyd edib: “Bu gün Avropanın ən güclü komandalarından birinə qarşı oynadıq. Futbolçulara oyundan qabaq dedim ki, avrokuboklarda oynamaq istəyiriksə, "Qarabağ" elə ən yaxşı rəqibdir. Bu dəqiqə onlar "böyük beşlik" komandalarından geri qalmır. "Qarabağ"la oynamağı bacarırıqsa, demək ki, avrokuboklarda da yaxşı çıxış edə bilərik. Bunu futbolçular dərk edirlər”.

Qeyd edək ki, “Sumqayıt” bu mövsümdə ilk dəfə “Qarabağ”a qalib gəlib. Əvvəlki 3 oyunda Ağdam klubu 3 xal qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest