Azərbaycan Premyer Liqasında mövsümün tamaşaçı rekordu qeydə alınıb. Matc.az xəbər verir ki, bu, XXXII turun “Sumqayıt” – “Qarabağ” oyununda baş verib. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı görüşü 9300 tamaşaçı izləyib.

Azərbaycan Premyer Liqasında mövsümün tamaşaçı rekordu qeydə alınıb. Matc.az xəbər verir ki, bu, XXXII turun “Sumqayıt” – “Qarabağ” oyununda baş verib.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı görüşü 9300 tamaşaçı izləyib. Bu, çempionatın arxada qalan hissəsi üçün ən yüksək göstəricidi. Buna qədər rekord “Sumqayıt” – “Neftçi” matçına təsadüf etmişdi. XXI turun qarşılaşmasında 8100 seyrçi qeydə alınıb.

Qeyd edək ki, “Sumqayıt” ev matçında 1:0 hesablı qələbə qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest