Azərbaycan Premyer Liqasında XXXII turun “Zirə” – “Araz-Naxçıvan” oyununun son təyinatları açıqlanıb. Matc.az xəbər verir ki, bu gün keçiriləcək görüşün VAR hakimləri müəyyənləşib.

Qarşılaşmada VAR hakimi İnqilab Məmmədov olacaq. Müslüm Əliyev isə onun köməkçisi funksiyasını yerinə yetirəcək. Matçı Cavid Cəlilov idarə edəcək.

Qeyd edək ki, Zirə İdman Kompleksinin stadionunda keçiriləcək qarşılaşma saat 19:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest