Çempionlar Liqasının (ÇL) I təsnifat mərhələsinin daha 4 iştirakçısı müəyyənləşib. Matc.az saytı xəbər verir ki, dörd ölkənin çempionu bəlli olub.

Belə ki, Rumıniyada “Styaua”, Şimali İrlandiyada “Larne”, Maltada “Hamrun”, Sloveniyada isə “Selye” qızıl medallara sahib çıxaraq, növbəti mövsüm ÇL-də iştirak hüququna yiyələniblər.

Onlardan “Styaua” püşkatma zamanı “Qarabağ”la eyni səbətdə - səpələnmişlərdə yer alacaq. Yəni Rumıniya təmsilçisi Azərbaycan çempionuna rəqib olmayacaq. Digərlərinin səbəti isə hələ ki, qeyri-müəyyəndi.

Hazırda 4 komandanın - “Virtus”, “Panevejis”, “Ordabasi” və “Vikinqur”un I təsnifat mərhələsində səpələnməmişlərdə yer alacağı bəllidi. Onlar “Qarabağ”ın potensial rəqibləridi.

Çempionlar Liqası

I təsnifat mərhələsi

Səpələnmişlər:

“Ferensvaroş” (Macarıstan)

“Qarabağ” (Azərbaycan)

“Slovan” (Slovakiya)

HİK (Finlandiya)

“Flora” (Estoniya)

“Styaua” (Rumıniya)

“Klaksvik” (Farer adaları)

“Şemrok Rovers” (İrlandiya)

Səpələnməmişlər:

“Panevejis” (Litva)

“Ordabasi” (Qazaxıstan)

“Vikinqur” (İslandiya)

“Virtus” (San-Marino)

Qeyri-müəyyənlər:

TNS (Uels)

RFŞ (Latviya)

“Dinamo” (Batumi, Gürcüstan)

“Selye” (Sloveniya)

“Hamrun” (Malta)

“Larne” (Şimali İrlandiya)

“Dinamo” (Minsk, Belarus)

Qeyd edək ki, I raundun püşkü iyunun 18-də atılacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest