“Bavariya” Yulian Naqelsmannı baş məşqçi postuna qaytarmağı planlaşdırır. Matc.az xəbər verir ki, Münhen klubu bununla bağlı çalışmalara başlayıb.

36 yaşlı mütəxəssis hazırda Bundesliqa təmsilçisinin yeni baş məşqçisi olmağa ən real namizəd sayılır. Tərəflər arasında hazırda danışıqlar aparılır. “Bavariya” ona 3 və ya 4 illik müqavilə təklif etməyi düşünür.

Hazırda Almaniya millisini çalışdıran Naqelsmann özü də “Bavariya”ya qayıtmağın əleyhinə deyil. Lakin bu ana qədər hansısa razılıq yoxdur. Rəhbərliyin qısa siyahısında Naqelsmanndan başqa Roberto De Zerbi (“Brayton”) və Unay Emeri (“Aston Villa”) də var.

Qeyd edək ki, “Bavariya” hazırkı baş məşqçisi Tomas Tuxellə mövsümün sonunda yollarını ayıracaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest