AFFA I Liqanın XX turunun “İrəvan” – “Araz Saatlı” oyunu il bağlı araşdırmaya başlayıb. Matc.az xəbər verir ki, bu barədə assosiasiyanın icraçı vitse-prezidenti Sərxan Hacıyev “CBC Sport” telekanalına açıqlama verib.

Qurum rəsmisi qonaq komandanın 4:1 hesablı qələbə qazandığı görüşlə bağlı UEFA-nın da məlumatlandırıldığını söyləyib: “Həmin oyun ictimaiyyətdə müəyyən söz-söhbət doğurduğundan, tərəfimizdən nəzarətə götürüldü. Məsələ ilə bağlı UEFA-ya məlumat ötürüldü. Onlar tərəfindən də AFFA-ya əlavə məlumat verilə bilər. Həmçinin müəyyən güc strukturlarına müraciət olunub. Məsələ araşdırıldıqdan sonra daha ətraflı məlumat verilə bilər”.

Sərxan Hacıyev danışılmış oyunlarla bağlı araşdırmaları daim diqqətdə saxladıqlarını sözlərinə əlavə edib: “AFFA olaraq danışılmış oyunlarla bağlı məsələləri daim diqqətimizdə saxlayırıq. Hər hansısa bir siqnal milli assosiasiyaya daxil olduğu zaman dərhal müəyyən olunmuş addımlar atılır və aidiyyəti üzrə qurumlara məlumat ötürülür, araşdırılır”.

Qeyd edək ki, hazırda “İrəvan” 23 xalla 10 komanda arasında 7-ci, “Araz Saatlı” isə 10 xalla sonucu pillədə qərarlaşır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest