"Qarabağ"ı çempionluq münasibətilə təbrik edirəm. Amma bu, bu gün üçündür. Səhvlərdən nəticə çıxarıb, irəli baxmalıyıq".

"Qarabağ"ı təbrik edirəm, çempion oldular, amma bu, bu gün üçündür”.
 
Matc.az xəbər verir ki, bunu “Kəpəz”ın baş məşqçisi Adil Şükürov deyib.
 
Gənc mütəxəssis Azərbaycan Premyer Liqasında “Qarabağ”a 1:6 hesablı məğlubiyyətə şərh verib: "Qarabağ"ı çempionluq münasibətilə təbrik edirəm. Amma bu, bu gün üçündür. Səhvlərdən nəticə çıxarıb, irəli baxmalıyıq. Gələcək turlarda daha aqressiv, daha istəkli olmalı, rəqibi qorumadan oynayan komanda kimi görünməliyik. Azərbaycan klubarı "Qarabağ"la qarşılaşanda sanki onları qoruyaraq oynayır. Amma Azərbaycan çempionatında belə bir şey olmamalıdır. Hər kəs öz komandasının oyununu oynamalı, aqressivliyini, istəyini digər komandalara qarşı necə göstərirlərsə, "Qarabağ"a qarşı da elə göstərməlidirlər. Bu gün "Qarabağ" çempion oldu. Amma bu gün oldu. Gələcək çempionatlarda daha güclü, daha istəkli komandalar oynamalıdır və sona 8 tur qalmış hansısa komanda çempion olmamalıdır. Məncə, bu artıq sondur".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest