"Barselona"nın baş məşqçisi Xavi jurnalistə qarşı şikayət etdiyini təsdiqləyib.
 
Matc.az xəbər verir ki, bu barədə o, özü açıqlama verib:
 
"Bəli, bu, doğrudur və bu, mənim başıma heç vaxt gəlməmişdi. Tənqidi başa düşürəm, amma yalana, iftiraya qarşı sakit dayana bilmirəm. Çox böyük bir yalandan sonra bəsdir deməyin vaxtı gəldi".
 
Xatırladaq ki, söhbət Xavini klub əməkdaşlarının telefonlarını yoxlamaqda ittiham edən jurnalist Xavi Migeldən gedir.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest