05 Mart 2024, 14:03
FUTBOL
İtaliya A seriyasının XXVII turunda “Cenoa” ilə oyun “İnter”in baş məşqçisi Simone İnzaqi üçün əlamətdar olub. Matc.az xəbər verir ki, 47 yaşlı mütəxəssis “neradzurra”nın rəhbərliyi altında 300-cü görüşünə çıxıb.
Milanlılar onun rəhbərliyi altında keçirdiyi 300 qarşılaşmanın 179-da qələbə qazanıb. Bu isə rekord göstəricidi. O, ilk 300 oyununda 172 qələbə qazanan Karlo Ançelotti və 171 görüşdə qalibiyyət sevinci yaşayan Massimiliano Alleqrini qabaqlayır.
Simone İnzaqi 2021-ci ildən “İnter”i çalışdırır. Onun komandası hazırda 72 xalla A seriyasında turnir cədvəlinə liderlik edir.
Qeyd edək ki, “İnter” “Cenoa”nı 2:1 hesabı ilə məğlub edib