Çempionlar Liqasında 1/8 finalın cavab oyunlarına start verilib. Matc.az xəbər verir ki, bu gün turnirin ilk 1/4 finalçıları müəyyənləşib.
 
“Böyük beşlik” təmsilçilərinin üz-üzə gəldiyi duellərdə “Bavariya” və PSJ növbəti mərhələyə yüksəlib. Münhen klubu evdə “Latsio”ya 0:1 hesablı məğlubiyyətin əvəzini artıqlaması ilə çıxıb - 3:0
 
İspaniyada “Real Sosyedad” PSJ ilə görüşüb. Fransa klubu səfərdə 2:1 hesabı ilə qələbə qazanıb. Mbappe dubl edərək, uğurda böyük pay sahibi olub.
 
Qeyd edək ki, 1/8 finalın iki görüşü bu gün , digər qarşılaşmaları 12-13-də baş tutacaq.

Çempionlar Liqası
1/8 final, cavab oyunları
5 mart

“Bavariya” (Almaniya) – “Latsio” (İtaliya) 3:0
Qollar: Keyn, 39; 66. Müller, 45+2
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
Münhen, “Allianz Arena”
İlk oyun – 0:1


“Real Sosyedad” (İspaniya) – PSJ (Fransa) 1:2
Qollar: Merino, 89 - Mbappe, 15; 56
Baş hakim: Maykl Oliver (İngiltərə)
San Sebastian, “Reale Arena”
İlk oyun – 0:2

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest