05 Mart 2024, 11:00
FUTBOL
Qazaxıstanın “Jenis” klubunun gənc futbolçusu Raul Allahverdiyevin Azərbaycan millisində oynamaq variantı yaranıb. Matc.az xəbər verir ki, 17 yaşlı hücumçu “Tengri Sport”a açıqlamasında bu təklifi gizlətməyib.
Lakin Allahverdiyev millimizdə çıxış etmək təklifini rədd edib: “Yayılan xəbərə görə, məni Azərbaycan millisində görmək istəyirlər. Bu diqqət məni məmnun edir, ancaq Qazaxıstanın aşağı yaş qrupu yığmasının üzvüyəm. 15 yaşımda “Jenis”in heyətində peşəkar futbolda debüt etmişəm. Bu klubu və Qazaxıstanı öz evim sayıtam. Bu ölkə yığmasına düşməyə çalışacağam”.
Qeyd edək ki, Raul Allahverdiyev Qazaxıstanın U-17 millisinin formasını geyinir.