Azərbaycan Premyer Liqasında bu gün keçiriləcək iki oyunun VAR təyinatları açıqlanıb. Matc.az xəbər verir ki, “Zirə” – “Turan Tovuz” görüşündə bu işi Tural Qurbanov icra edəcək. Ona Nicat İsmayıllı köməklik göstərəcək.

“Sabah"la “Araz-Naxçıvan” arasında baş tutacaq matçda Rəşad Əhmədov VAR, Rəhman İmami AVAR olacaq.

Bugünkü qarşılaşmaları müvafiq olaraq Rəvan Həmzəzadə və Kamal Umudlu idarə edəcəklər.

Qeyd edək ki, “Zirə” – “Turan Tovuz” oyunu saat 16:00-da, “Sabah” - “Araz-Naxçıvan” qarşılaşması isə 18:30-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest