"Tottenhem"in hücumçusu Harri Keyn gələcəyi ilə bağlı qərarını verib. Matc.az xəbər verir ki, ulduz futbolçu bu yay xarici kluba keçmək niyyətində deyil.
 
İngiltərə millisinin üzvü karyerasını elə Premyer Liqada davam etdirmək istəyir. 30 yaşlı qolçu "Tottenhem"i yalnız "Mançester Yunayted"ə dəyişə biləcəyini vurğulayıb. Londonlular bu yay onu satmasa, hücumçu gələn il azad agent kimi komandanı tərk edəcək.
 
Qeyd edək ki, Harri Keyn 2009-cu ildən "Tottenhem"in formasını geyinir.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest