"Sevilya" son aylarda çox yaxşı görünür". Matc.az xəbər verir ki, bunu italiyalı mütəxəssis Karlo Ançelotti deyib. 
 
Bu gün Avropa Liqasının finalında keçiriləcək "Roma" – "Sevilya" oyunu haqda fikirlərini bölüşən Ançelotti vaxtilə çalışdırdığı İtaliya təmsilçisinin qələbə şansını dəyərləndirib: 
 
"Sevilya"nın İspaniya çempionatında "sağ qalmaq" uğrunda mübarizə aparırdı və çətin vəziyyətdən çıxmağı bacardı. Baş məşqçi Mendilibar komandaya qatılandan sonra əla iş görüb. Amma "Roma" öz oyununu nümayiş etdirib, qalib gəlməyi bacarır. Bundan əlavə, komandanın belə matçlarda böyük təcrübəsi olan əla məşqçisi var".
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest