PSJ heyətində gəncləşdirmə siyasəti aparacaq. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, buna səbəb komandanın çempionlar Liqasında (çL) mübarizəni erkən dayandırmasıdı.

Klub rəhbərliyi mövsümün sonunda bir neçə veteran futbolçusu ilə yollarını ayırmağı planlaşdırır. Parislilər 41 yaşlı Canluici Buffon, 35 yaşlı Dani Alveş və 34 yaşlı Tiaqo Silva ilə yeni müqavilə imzalamaq fikrində deyil. Adıçəkilən oyunçuların fransızlarla anlaşması yayda başa çatır.

Qeyd edək ki, PSJ çL-in 1/8 final mərhələsində "Mançester Yunayted"ə uduzaraq mübarizəni dayandırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest