Bu gün Misli Premyer Liqasında XXVII tura yekun vurulub. Matc.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Son matç Qəbələdə keçirilb. Burada "Qəbələ" "Şamaxı"nı sınağa çəkib. Meydan sahibləri bu oyunda inamlı qələbəyə seviniblər.

Xatırladaq ki, daha öncə "Sabah" səfərdə "Zirə"yə 2:0, "Qarabağ" "Sumqayıt"a 6:0 hesabıyla qalib gəlib. "Neftçi" – "Kəpəz" (2:2) və "Səbail" – "Turan Tovuz" (1:1) oyunlarında isə qalib müəyyənləşməyib.

Misli Premyer Liqası
XXVII tur
17 mart

"Qəbələ" – "Şamaxı" 2:0
Qol: Ə.Allaş, 19; 45+1.
Hakimlər: Rəşad Əhmədov, Kamran Bayramov, Rahil Ramazanov, Kamran Əliyev.
Qəbələ şəhər stadionu, 17:00.

Qəbələ: 1. Səlahət Ağayev, 27. Məqsəd İsayev, 28. Murad Musayev (k), 14. ülvi İsgəndərov, 7. Rövlan Muradov, 4. Ruan Renato, 5. İsnik Alimi, 23. Rafael Utziq, 97. Felipe Santos, 6. Feras Abu Akal, 9. Əyyub Allaş.
Ehtiyat oyunçular: 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 33. Hüseyn Mürsəlov, 91. Ramon Maçado, 17. Yaovi Akakpo, 10. Omar Hani, 8. Andrey Strijak.
Baş məşqçi: Elmar Baxşıyev.
Şamaxı: 1. Rəşad Əzizli, 10. Elvin Məmmədov (k), 9. Amil Yunanov, 90. Əli Səmədov, 16. Fuad Bayramov, 70. Bahadur Həziyev, 5. Rəhman Daşdəmirov, 2. Rauf Hüseynli, 83. Nihad Quliyev, 18. Cəlal Hüseynov, 80. Zahid Mərdanov.
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 12. Əkpər Vəliyev, 8. Kamal Mirzəyev, 17. Elçin Rəhimli, 27. İbrahim Aslanlı, 15. Emin Zamanov, 11. Kamran Quliyev, 22. Elçin Mustafayev, 4. Arsen Ağcabəyov, 21. Qurban Səfərov, 23. Rövşən Şahmuradov, 29. Ramin Əhmədov.
Baş məşqçi: Vüqar Əsgərli.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest