Bu gün Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları keçirilib. Matc.az xəbər verir ki, baş tutan qarşılaşmaların ardından 1/8 finala adlayan 8 klubun adına aydınlıq gəlib.

Ən maraqlı qarşılaşma İngiltərədəki "Old Trafford" stadionunda baş tutub. Burada "Mançester Yunayted" "Barselona" ilə münasibətlərinə aydınlıq gətirib. İspaniyada keçirilmiş ilk oyunda qalib müəyyənləşməmişdi. Cavab görüşündə isə meydan sahibləri qələbə qazanmaqla növbəti mərhələyə yüksəliblər.

Turnirin digər favoritlərindən "Roma" öz meydanında "Zalsburq"la, "Yuventus" isə səfərdə "Nant"la qarşılaşıb. Hansı ki, İtaliya təmsilçiləri ilk oyunda sərfəli nəticə qazana bilməmişdi. Amma bu iki komanda cavab matçında lazım olan nəticəni təmin etməklə növbəti mərhələyə vəsiqə qazanıblar.

"Monako" "Bayer"lə mübarizədən penaltilər seriyasında məğlub ayrılıb və mübarizəni dayandırıb. "Sevilya" səfərdə PSV-yə 2 cavabsız qolla uduzsa da, ilk oyundakı darmadağın sayəsində mərhələ adlayıb. "Union Berlin" də "Ayaks" üzərindəki inamlı qələbə sayəsində istəyinə çatıb. "Sportinq"lə Donetsk" "Şaxtyor"u da yoluna davam edir.

Avropa Liqası
Pley-offun cavab oyunları
23 fevral

Midtyulland (Danimarka) - Sportinq (Portuqaliya) 0:4
Qol: Koates, 21. P.Qonsalves, 50; 77. Qartenman, 85-öz qapısına.
İlk oyun - 1:1

Monako (Fransa) - Bayer (Almaniya) 2:3 (penaltilər 3:5)
Qol: Ben Yedder, 19. Embolo, 84 – Virts, 13. Palasios, 21. Adli, 58.
İlk oyun - 3:2

Nant (Fransa) - Yuventus (İtaliya) 0:3
Qol: Di Mariya, 5; 20-pen; 78.
İlk oyun - 1:1

PSV (Niderland) - Sevilya (İspaniya) 2:0
Qol: L.De Yonq, 77. F.Silva, 905.
İlk oyun - 0:3

Roma (İtaliya) - Zalsburq (Avstriya) 2:0
Qol: Belotti, 33. Dibala, 40.
İlk oyun - 0:1

Mançester Yunayted (İngiltərə) - Barselona (İspaniya) 2:1
Qol: Fred, 47. Antoni, 73 – Levandovski, 18-pen.
İlk oyun - 2:2

Renn (Fransa) - Şaxtyor (Donetsk, Ukrayna) 2:1 (penaltilər 4:5)
Qol: Ekambi, 52. Salah, 106 - Belosyan, 119-öz qapısına.
İlk oyun - 1:2

Union Berlin (Almaniya) - Ayaks (Niderland) 3:1
Qol: Knoxe, 20. Yuranoviç, 44. Doexi, 50 – Kudus, 47.
İlk oyun - 0:0

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest