Avropa Liqasının pley-off mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub. Matc.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, siyahıda ənənəvi olaraq 4 futbolçunun adı yer alıb.
 
Bunlar "Sevilya"dan (İspaniya) Lukas Okampos, Donetsk "Şaxtyor"undan (Ukrayna) Dmitri Krıskiv, "Mançester Yunayted"dən (İngiltərə) Markus Raşford və "Monako"dan (Fransa) Aksel Disasidir.
 
Həftənin ən yaxşı oyunçusu UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermə nəticəsində müəyyənləşəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest