Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının Qızıl Avropa Liqasındakı görüşlərinin təqvimi müəyyənləşib. Matc.az saytı xəbər verir ki, millimizin oyunlarının məkanı və başlama saatı açıqlanıb.

Belarus, İspaniya və Finlandiya ilə birlikdə C qrupunda qərarlaşan komandamız ilk sınağını Minsk səfərində meydan sahiblərinə qarşı verəcək. Açılış turu mayın 26-na təsadüf edəcək. Yığmamız qrup mərhələsinə iyunun 15-də Mikkelidə Finlandiyaya qarşı oyunla yekun vuracaq.

Voleybolçularımız hər üç ev oyununu Voleybol Mərkəzində keçirəcək.

 

Qızıl Avropa Liqası

26 may
17:00. Belarus – Azərbaycan
Hakimlər: Olqa Zakarova (Rusiya), Aleksandr Sudjyev (Belarus)
Minsk, çijovka Arena

29 may
18:00. Azərbaycan – İspaniya
Hakimlər: Matias Evald (Almaniya), Zaur Hacıyev (Azərbaycan)
Bakı, Voleybol Mərkəzi

2 iyun
18:00. Azərbaycan – Finlandiya
Hakimlər: Zdravko Zdraveski (Makedoniya), Zaur Hacıyev (Azərbaycan)
Bakı, Voleybol Mərkəzi

8 iyun
18:00. Azərbaycan – Belarus
Hakimlər: Ozan Sarıkaya (Türkiyə), Fikrət Axundov (Azərbaycan)
Bakı, Voleybol Mərkəzi

12 iyun
19:30. İspaniya – Azərbaycan
Hakimlər: Predraq Balandziç (Serbiya), Benites Korrea (İspaniya)
Valyadolid, Huerta del Rey

15 iyun
15:00. Finlandiya – Azərbaycan
Hakimlər: Audrius Qarqasas (Litva), Ari Yokelaynen (Finlandiya)
Mikkeli, Saymaa Stadionu

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest